"Bu insanlara "dur" demək lazımdır"
Şou-biznes 09 Tem 2025 20:36:00 82 0
Əməkdar artist Gülüstan Əliyeva bayağı mahnı oxuyanları tənqid edib.
Bu haberi de oku: Nanənin verilişi bu tarixdən yayımlanmayacaq
Son.az axşam.az-a istinadla xəbər verir ki, müğənni "Full şou"da sənət adamlarına səslənib. O bildirib ki, bayağı mahnı ifaçılarını sənət aləmindən təmizləmək lazımdır:
"Musiqinin keşiyindəyik. Bunun korlanmağına yol verə bilmərik. Bunu kimsə demirsə və ya "üstünə getməyin, necə bilir oxusun" deyənlər musiqini təhqir edir. Sözü demək lazımdır. Bəlkə düşünür ki, deyərəm, birdən məni toya aparmaz, toyum kəsilər. Amma musiqini və onları yola verə bilmərik. Bizim musiqi ilə zarafat etmək olmaz.
Qoy desinlər, Gülüstan Əliyeva səsini qaldırdı, hörmətsizlik etdi. Əziz musiqiçilərimiz, bu insanlara "dur" demək lazımdır. Səhnə o qədər çirklənir, bayağılaşır. Düşünürəm, çıxışımdan onlar lazımi qədər dərs götürdü.