Məşhur aparıcı təbiət qoynundakı VİLLAsını nümayiş etdirdi
Şou-biznes 09 Tem 2025 10:15:00 79 0
Türkiyəli model və aparıcı Elif Ece Uzun iki mərtəbəli evi ilə gündəmə gəlib.
Bu haberi de oku: "Mən öləndə şəklimi paylaşarsınız"
Son.az xəbər verir ki, onun mülkünün görüntüləri aparıcı Evrim Akının "Evrim Akın ile Ev Gezmesi" verilişində nümayiş olunub.
Təbiətin qoynunda yerləşən bu ikimərtəbəli dağ evində daha çox açıq rəngələrə üstünlük verilib.
Bej tonlarında olan mebel sadə və şık görünüş yaradıb. Qonaq otağının mərkəzindəki ağ yemək masası zərif dizaynı ilə göz qamaşdırır.
Elif Ece Uzun ev üçün sadə dekorasiya seçib. Bu yanaşma evin hər küncündə hiss olunur. Villanın xarici görünüşü də içərisi kimi diqqəti cəlb edir.