Nagehan 2ci dəfə ərə gedəcək
Şou-biznes 09 Tem 2025 08:08:00 70 0
İnfluenser Nagehan Abdullayeva şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
Bu haberi de oku: "Ev təmizlərmək vaxt itkisidir, heç vaxt etməmişəm"
Son.az xəbər verir ki, o, izləyicilərindən birinin "2-ci dəfə evlənməyi düşünürsən" sualına cavab verib:
"Bəli, düşünürəm, çünki mən də evliliyin nə olduğunu bilmək istəyirəm. Sevilmək istəyirəm. Dəyər görmək istəyirəm. Çünki mən çox dəyərliyəm və dəyərimi biləcək biri olduqdan sonra sevinə-sevinə evlənərəm. Mən bir qadın olaraq çox mübarizə apardım, həmişə ayaqda durdum. Çiyinlərimə çox yük düşmüşdü və bunlar belə olmamalı idi. Əgər layiq biri olarsa, bəli, evlənərəm".