Kişilər və qadınlar üçün kritik yaş dövrü


Digərləri 08 Tem 2025 03:03:00 77 0

Kişilər və qadınlar üçün kritik yaş dövrü

Sağlamlığa erkən yaşlardan diqqət göstərmək xroniki xəstəliklərin qarşısını almaq və aktiv qalmaq üçün vacibdir.

Kişilər və qadınlar üçün kritik yaş dövrq nə vaxt başlayır?

Son.az xəbər verir ki, Texas Sağlamlıq Mərkəzi və Helsinki Universitet Xəstəxanasının birgə araşdırmasına görə, kişilər üçün ən riskli dövr 40-60 yaş aralığıdır. Bu yaşlarda ürək-damar xəstəlikləri, nevroloji pozuntular və autoimmun əlamətlər üzə çıxır, COVID-19 pandemiyası isə bu riskləri daha da artırıb. Qadınlarda sağlamlıqla bağlı dəyişikliklər 30 yaşdan sonra başlayır və bu, estrogen səviyyəsinin azalması və hormonal dəyişikliklərlə əlaqədardır. Nəticədə osteoporoz, metabolik pozuntular və bəzi xərçəngə qədərki hallar yarana bilər.

Profilaktik tibbi müayinələr hər iki cins üçün bu dövrlərdə xüsusi əhəmiyyət daşıyır. Kişilər 40 yaşdan sonra qan təzyiqi, nəbz, şəkər və xolesterin səviyyəsini izləməli, ürək fəaliyyətinə və yorğunluq, baş ağrısı kimi əlamətlərə diqqət yetirməlidirlər. Qadınlar isə 30 yaşdan sonra hormon analizləri verməli, ginekoloq, endokrinoloq və oftalmoloq müayinələrindən keçməli və sümük sıxlığını yoxlatmalıdırlar.