Jah Khalibdən Eyyub Yaqubova böyük jest
Şou-biznes 07 Tem 2025 23:29:00 87 0
Qazaxıstanlı tanınmış reper Jah Khalib son layihəsində azərbaycanlı musiqi sevərlər üçün yad olmayan mahnıdan ilhamlanıb. Son.az xəbər verir ki, reper yeni mahnısının giriş hissəsində Eyyub Yaqubovun repertuarına müraciət edib. Jah Khalib "Бакинка" adlanan yeni mahnısında Xalq artisti Eyyub Yaqubovun 1999-cu ildə təqdim etdiyi "Бакинка" mahnısından qısa hissə təqdim edib. Layihə reperin "YouTube" kanalında yayımlanıb. Qeyd edək ki, "Bakinka" mahnısı Eyyub Yaqubovun repertuarında ən çox sevilən və tanınan mahnılardan biridir.
Bu haberi de oku: Canlı efirdə meyxanaçılar arasında "QIRĞIN" VİDEO
Mahnının musiqisi Aleksandr Rodinə, sözləri isə Leonid Tabolskiyə məxsusdur.
Kaynak: milli.az