"Toyda pulu alıb səpələyir ki, guya şabaş verirlər"
Şou-biznes 07 Tem 2025 17:30:00 92 0
"Mənə dedi ki, gülü buna verim, guya, kimsə göndərib"
Bu haberi de oku: Canlı efirdə meyxanaçılar arasında "QIRĞIN" VİDEO
"Çox xahişlə bu studiyaya bir ifaçı gəldi. Bilinmirdi ki, nədir. Böyük bir gül dəstəsi gətirdi, onu buraxmadım. Özü verilişdə oturdu. Mənə dedi ki, gülü buna verim, guya, kimsə göndərib. Məndə sifət çöndü. Dedim, yox, belə iş görə bilmərəm".
Son.az xəbər verir ki, bu sözləri aparıcı İlqar Mikayıloğlu verilişində deyib. O, proqram zamanı müğənnilərə gələn bahalı hədiyyələrin saxta olduğunu, göstəriş üçün edildiyini deyib:
"Verilişlərdə kiməsə gül gəlirsə, əmin olun özü özünə gətizdirir. İstər gül, qızıl, maşın, ev - əmin olun ki, yalandır. Toyda pulu alır və səpələyir ki, guya şabaş verirlər. Həmin pulun çoxu da saxtadır. Hər yerdə satılır. Alıb verirlər ki, toyda səpin. Dünən peyda olub, guya buna maşın gətirirlər, qızıl verirlər". /axsam.az