Məşhurlar qalmaqallı prodüserin məhkəməsinə axın etdi VİDEO
Şou-biznes 07 Tem 2025 22:05:00 85 0
Türkiyədə uzun müddətdir gündəmdə olan prodüser Ayşe Barım bu gün "Gəzi Parkı" hadisələri ilə bağlı ittihamlar üzrə ilk dəfə hakim qarşısına çıxıb.
Bu haberi de oku: "Toyda pulu alıb səpələyir ki, guya şabaş verirlər"
Barımın rəhbərlik etdiyi şirkətlə əməkdaşlıq edən bir çox tanınmış sima məhkəmə zalına gələrək onu dəstəkləyib. Onların arasında Serenay Sarıkaya, Merve Dizdar, Hande Erçel, Halit Ergenç, Bergüzar Korel, Metin Akdülger, Zerrin Tekindor, Ezgi Mola, Selma Ergeç, Hakan Kurtaş və Birce Akalay da olub.
Məhkəmə zalında emosional anlar yaşanıb. Hande Erçel və Serenay Sarıkaya, A. Barımın həddindən artıq arıqladığını görəndə göz yaşlarını saxlaya bilməyib.
Onun 30 ilədək həbs tələb olunur.
İttihama görə, Ayşe Barımın "Gəzi Parkı" hadisələrində əsas fiqurlardan biri olan Mehmet Osman Kavala və aktyor Memet Ali Alabora ilə sıx əlaqəsi olduğu müəyyən edilib. O, "Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd" maddəsi ilə bu ilin yanvarında həbs olunub.