Mask Trampla buna görə "düşmən olub"
Dünya 06 Tem 2025 16:22:00 82 0
"ABŞ Prezidenti Donald Trampın ölkənin büdcə kəsirinin artmasına səbəb olan siyasətinə görə ona münasibətimi dəyişdim".
Bu haberi de oku: ""Hizbullah" təslim olmayacaq"
Son.az xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkə hesabında istifadəçilərdən birinin Trampa münasibətini dəyişməsinin səbəbini soruşmasına cavab olaraq yazıb.
"Kəsiri ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə əldə edilmiş 2 trilyon dollardan 5 trilyon dollara artırmaq ölkəni iflasa aparacaq" , - deyə o vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Donald Tramp vergilərin azaldılmasını və dövlət borcunun yuxarı həddinin artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini imzalayıb. /Oxu.Az