Ərəblərin ən bahalı alışverişləri


Dünya 06 Tem 2025 12:44:00 85 0

Ərəblərin ən bahalı alışverişləri

Ərəblər zənginlik mövzusunda hər yerdə gündəmə gəlirlər. İngilis mediası bu dəfə ərəblərin ən bahalı alış-verişinin siyahısını hazırlayıb.

Son.az xəbər verir ki, siyahıda onların ödədiyi ən yüksək hesablar yer alıb.

14 milyon dollarlıq avtomobil nömrə nişanı - Ərəb iş adamı Səid Əbdul Qəffar Xuri Əbu-Dabidə tək rəqəmli "1" nömrə nişanını alaraq onu dünyanın ən bahalı nömrə nişanı edib.

80 şahin üçün təyyarə bileti - Səudiyyəli şahzadə 80 şahini üçün təyyarədə ayrıca yerlər alıb, hər quş üçün minlərlə dollar ödəyib ki, onlar təhlükəsiz səyahət edə bilsinlər.

500 milyon dollarlıq yaxta - Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünyanın ən böyük lüks yaxtalarından biri olan "Serene" yaxtasını 500 milyon dollara alıb.