Muhittin Böcek həbs olundu


Digərləri 06 Tem 2025 12:23:00 83 0

Muhittin Böcek həbs olundu

Antalyada aparılan rüşvət təhqiqatı çərçivəsində saxlanılan Antalya Böyükşəhər Bələdiyyə sədri Muhittin Böcek barəsində məhkəmə həbs qərarı çıxarıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, həbsxanaya yerləşdirilib.

Bildirilir ki, Antalya Prokurorluğu tərəfindən aparılan təhqiqatda Böcekdən başqa, onun oğlu Mustafa Gökhan Böcek və keçmiş gəlimi Zeynep Kerimoğlu da rüşvət ittihamı ilə dindirilib.

Məhkəmə Kerimoğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib.

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilmiş əməliyyatlar nəticəsində Adana və Adıyaman bələdiyyə başçıları, eləcə də 10-dan bələdiyyə işçisi saxlanılmışdı.