Rusiyada təyyarə sərt eniş etdi
Digərləri 06 Tem 2025 09:33:00 82 0
Çitada (Rusiya Federasiyasının Zabaykal diyarı) "An-2" təyyarəsinin sərt eniş etməsi nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Bu haberi de oku: Sabah saat 10:00dan QAZ OLMAYACAQ
Son.az-ın xəbərinə görə, bu barədə TASS-a regionun səhiyyə naziri Oksana Nemakina məlumat verib.
Xəsarət alanlar Diyarın Klinik Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, digər 8 nəfərin vəziyyəti orta ağırdır.
Nazir əlavə edib ki, həkimlər yaxın bir neçə saat ərzində bütün yaralıları müayinə edəcəklər.
Fövqəladə Hallar Nazirliyinin Zabaykal diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti bundan əvvəl An-2 təyyarəsinin Çita rayonunda sərt eniş etdiyini bildirib. Yüngül mühərrikli DOSAAF təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra yerə enib. Təyyarədə 10 paraşütçü və 1 ekipaj üzvü olub.