Nərimanovda zəncirvari QƏZA


Digərləri 05 Tem 2025 09:20:00 59 0

Nərimanovda zəncirvari QƏZA

Bakının Nərimanov rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az xəbər verir ki, qəza Heydər Əliyev prospektində, şəhər istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə toqquşma baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qəza zamanı avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, ərazidə yaranan süni tıxacın aradan qaldırılması üçün nəqliyyat vasitələri operativ şəkildə evakuasiya edilib.

Qəzanın dəqiq səbəbləri araşdırılır.  /APA