Türkiyədə üç bələdiyyə sədri saxlanıldı


Digərləri 05 Tem 2025 12:10:00 73 0

Türkiyədə üç bələdiyyə sədri saxlanıldı

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyələri ilə bağlı korrupsiyaya dair aparılan araşdırma davam etdirilir.

Son.az  "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulda aparılan istintaq çərçivəsində Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar və Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutdere saxlanılıb. Bu gün səhər saatlarında Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek də saxlanılıb.

Böceklə bağlı araşdırmaların Antalyada aparıldığı öyrənilib.

Qeyd edək ki, bundan əvvəl İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Tunç Soyer həbs edilib.

Fidan Son.az