"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"
Digərləri 05 Tem 2025 16:15:00 103 0
İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.
Bu haberi de oku: 19 yaşlı oğlan Kürdə batdı
Son.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
"Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma gördüyünüz kimi, problemsiz gedib, problemsiz qayıtdım. Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətimiz dostluq şəraitində keçdi. Türkiyə prezidenti ilə də çox yaxşı və konstruktiv söhbətimiz oldu. Pakistanın baş naziri ilə iki ölkə arasındakı münasibətləri müzakirə etdik", - deyə M.Pezeşkian vurğulayıb.
Kaynak: milli.az