Bakıda insanlar təşviş içində küçəni bürüyən bu canlılar nədir?


Digərləri 05 Tem 2025 23:23:00 99 0

Bakıda insanlar təşviş içində  küçəni bürüyən bu canlılar nədir?

Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yaşayan sakinlər ağaclardakı qurdlardan şikayətçidirlər.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, ağaclardan tökülən qurdlar sakinləri bezdirib.

"Bu həyətdə çoxlu ağaclar var. Özümüz abadlaşdırdıq, ağac əkdik, suladıq ki, kölgəsində dincələk. Amma qurdlar bizə imkan vermir", - deyə sakinlər şikayətlənir.

Ərazidəki hər iki binanın problemi bununla da bitmir, zirzəmilər tullantı suları ilə də dolub.

Hər iki məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.


Habere ait fotoğraf