Xərçəng hüceyrələrini 30 dəqiqəyə məhv edir
Digərləri 05 Tem 2025 12:12:00 64 0
ABŞ-da aparılan araşdırma zeytun yağının təkcə ürək və beyin üçün deyil, həm də xərçənglə mübarizədə təsirli ola biləcəyini üzə çıxarıb.
Bu haberi de oku: Namiq Həsənov vəzifəsindən azad edildi
Son.az xəbər verir ki, Rutgers Universiteti və Hunter Kollecində aparılan tədqiqatda zeytun yağında olan oleokantal adlı maddənin bəzi xərçəng hüceyrələrini cəmi 30 dəqiqəyə məhv etdiyi aşkar edilib. Elm adamları bildiriblər ki, bu maddə yalnız xərçəng hüceyrələrinə təsir edir, sağlam hüceyrələrə isə zərər vermir.
Tədqiqatçılar zeytun yağının gündə bir qaşıq olmaqla rasiona əlavə edilməsinin immunitetə faydalı ola biləcəyini və xərçəngə qarşı qoruyucu təsir göstərə biləcəyini deyiblər. Oleokantalın dərman şəklində istifadəsi də gələcəkdə mümkün ola bilər.
İsmayıl Son.az