"Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik"
Dünya 26 Haz 2025 21:35:00 56 0
"Əgər Xamenei bizim nişangahımızda olsaydı, onu aradan götürərdik"
Bu haberi de oku: "Rusiya ilə savaşsaq, 1 həftəyə darmadağın olacağıq"
Son.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats İsrailin "Kan" dövlət televiziyasına müsahibəsində bildirib
O bildirib ki, ölkəsi İranla 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Əli Xameneini öldürmək niyyətində olub.
Nazir əlavə edib ki, Xamenei təhlükəni anlayaraq dərin yeraltı sığınacaqlara çəkilib və əlaqələrini kəsib: "O, bunu başa düşdü, çox dərinliyə endi və aradan götürülən komandirlərin yerinə gələnlərlə əlaqəni kəsdi. Buna görə də bu, sonda real olmadı".
Xatırladaq ki, iyunun 13-də İsrail bir neçə yüksək rütbəli iranlı komandiri və nüvə alimini öldürmüşdü.