Buraxılış imtahanında dəhşət 29 tələbə ayaqaltında qalıb öldü


Dünya 26 Haz 2025 20:00:00 200 0

Buraxılış imtahanında dəhşət  29 tələbə ayaqaltında qalıb öldü

Mərkəzi Afrika Respublikasında məktəbdə baş verən partlayış faciəyə səbəb olub: 29 tələbə həlak olub

Mərkəzi Afrika Respublikasında yerləşən Barthelemy Boganda Liseyində baş verən transformator partlayışı nəticəsində yaranan panika və izdihamda 29 tələbə həyatını itirib.

Son.az xəbər verir ki, faciəvi hadisə paytaxt Bangidə çərşənbə günü baş verib. Elektrik transformatorunda baş verən partlayış məktəbdə təlaşa səbəb olub. Hadisə zamanı təxminən 5 min tələbə buraxılış imtahanı verirdi. Partlayışın ardından tələbələr kütləvi şəkildə məktəbi tərk etməyə çalışıb və yaranan izdihamda çox sayda insan tapdanıb.

Rəsmilərin verdiyi məlumata görə, xəsarət alanların sayı 260-ı keçib. Bəzi tələbələr həyacanla həyətdən aşağı mərtəbələrə tullanaraq ağır xəsarət alıblar. Ölənlərin bir hissəsi hadisə yerində, digərləri isə xəstəxanalarda həyatını itirib.