Maskın yerini o tutmaq istəyir


Dünya 26 Haz 2025 16:34:00 71 0

Maskın yerini o tutmaq istəyir

"Blue Origin" aerokosmik şirkətinin təsisçisi və sahibi Ceff Bezos ABŞ prezidenti Donald Tramp və İlon Mask arasındakı mübahisədən yararlanmaq istəyir.

Son.az  xəbər verir ki, Bezos yaranmış vəziyyətdən öz şirkətinə yeni hökumət müqavilələri bağlamaq üçün istifadə edə bilər.

Qəzetin yazdığına görə, iyun ayında Bezos Trampla ən azı iki dəfə danışıb, "Blue Origin" şirkətinin baş direktoru Deyv Limp isə Ağ Evin aparat rəhbəri və Amerika liderinin ən yaxın məsləhətçilərindən biri olan Syuzan Uayls ilə görüşüb. Bu danışıqlar zamanı digər məsələlərlə yanaşı, Bezosun şirkətinə yeni hökumət müqavilələrinin ayrılması və Trampın prezidentlik müddəti bitməmiş Aya insanlı missiyanın təşkili imkanları da qaldırılıb.

Nəşrin qeyd etdiyinə görə, Bezos son aylarda "Trampın diqqətini özünə cəlb etməyə çalışıb". O, hətta onu bu həftə Venesiyada keçiriləcək toyuna da dəvət edib, lakin Amerika liderinin cədvəli onun bu tədbirdə iştirakına imkan verməyəcək.