Nazirdən narazı müəllimlərə cavab “Biz ədalətsiz qərar vermirik”
Digərləri 24 Haz 2025 20:44:00 86 0
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyat müəllimlərinin builki sertifikatlaşdırma prosesi ilə bağlı narazılıqlara münasibət bildirib.
Bu haberi de oku: İcra başçısı qadın müavinini vəzifəsindən azad etdi
Son.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacağını qeyd edib.
"Əgər təhlillər zamanı ciddi fərqlərin olduğunu görsək, müəyyən qərarlar verə bilərik. Xahişim odur ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Biz ədalətsiz qərar vermirik", - E.Əmrullayev bildirib.
Nazir əlavə edib ki, imtahanlarla bağlı hər zaman sual çətinliyi məsələsi gündəmə gəlir:
"Amma sualların nə dərəcədə çətin olduğunu müəyyən etmək üçün ayrı-ayrı fikirlərə yox, bu çətinliyi ölçən rəsmi cədvəllərə baxmaq lazımdır. Cəmiyyətin başa düşməli olduğu əsas məqamlardan biri də budur ki, biz müxtəlif illərdə fərqli testlər təqdim edirik. Təbii olaraq, testlər eyni olmadığından çətinlik səviyyəsində müəyyən fərqlər ola bilər. Sual isə budur: bu çətinlik fərqi nəticələrə təsir edəcək qədər əhəmiyyətlidirmi, ya yox? Bu kimi suallar bizə də çatır, eşidirik, bilirik".