Ən uzun batareya ömrünə malik telefon markaları SİYAHI


Digərləri 25 Haz 2025 02:02:00 71 0

Ən uzun batareya ömrünə malik telefon markaları  SİYAHI

Smartfon alarkən istifadəçilər üçün ən vacib meyarlardan biri olan batareya ömrü hələ də cihaz seçimində önəmli rol oynayır. Gündəlik həyatda fasiləsiz ünsiyyət, video izləmə, sosial şəbəkələrdə gəzmək və oyun oynamaq üçün batareya performansı yüksək telefonlar daha çox üstünlük qazanır.

Son.az xəbər verir ki, bu sahədə obyektiv və ətraflı testlər aparan məşhur texnologiya platforması "DxOMark" 2025-ci ilin iyun ayı üçün ən yaxşı batareya performansına malik smartfonların siyahısını yayıb.

Araşdırmada cihazların batareya tutumu, proqram təminatının optimallaşdırılması və enerji səmərəliliyi kimi amillər nəzərə alınıb.

Ən uzun batareya ömrü ilə seçilən 10 smartfon:

Honor Magic 7 Lite - 164 xal

Honor X9c - 164 xal

Motorola Edge 60 Pro - 164 xal

OPPO Find X7 Ultra - 160 xal

Honor Magic 6 Pro - 157 xal