Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?


Digərləri 24 Haz 2025 17:15:00 82 0

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

İyunun 24-ü saat 15:00-a olan məlumata görə, ölkənin bəzi bölgələrində küləkli hava davam edir.

Son.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hazırda şimal-qərb küləyi əsir və sürəti Goranboyda 27 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s, Naftalan və Zərdabda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlax, Şabran və Şəkidə 15 m/s-ə çatır.

Dənizdə dalğanın hündürlüyü 2.2 metr təşkil edir.

Küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.

Asya Son.az