Bu tarixdən Çinə vizasız gedəcəyik
Digərləri 24 Haz 2025 17:25:00 76 0
Bu ilin 23 aprelində Pekində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.
Bu haberi de oku: İcra başçısı qadın müavinini vəzifəsindən azad etdi
Xarici İşlər Nazirliyindən (XİN) Son.az-a verilən məlumata görə, saziş 16 iyul 2025-ci ildən qüvvəyə minəcək.
Sazişə əsasən, Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.