Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Digərləri 24 Haz 2025 12:22:00 97 0
Azərbaycanda iyunun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu haberi de oku: Müştəri ilə tanış olmaq istədi, saxlanıldı Video
Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18 dərəcədən 21 dərəcəyədək, gündüz +25 dərəcədən +30 dərəcəyədək olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.
Kaynak: milli.az