İranda "Mossad"a işləməkdə şübhəli bilinən 16 casus saxlanıldı


Dünya 20 Haz 2025 10:21:00 93 0

İranda "Mossad"a işləməkdə şübhəli bilinən 16 casus saxlanıldı

İranda İsraili dəstəkləməkdə şübhəli bilinən azı 16 nəfər saxlanılıb

Son.az xəbər verir ki, saxlanılanlar "İran cəmiyyətində həmrəyliyi zəiflətmək məqsədilə internetdə çaxnaşma yaratmaqda" ittiham olunurlar.

Hesabatda deyilir ki, İsrailin məqsədlərinə xidmət edən istənilən onlayn fəaliyyət, həmçinin yalan məlumat və şayiələrin yayılması hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınacaq.

Bundan əvvəl İranın rabitə nazirliyi bildirib ki, İsrailin hücumları fonunda internetə müvəqqəti məhdudiyyətlər qoyulub.