"İrana qarşı uzunmüddətli əməliyyata hazırıq"


Dünya 20 Haz 2025 20:55:00 75 0

"İrana qarşı uzunmüddətli əməliyyata hazırıq"

"İsrail hərbçiləri İranın nüvə proqramını və raket potensialının məhv edilməsi üçün uzunmüddətli əməliyyata hazırdır".

Son.az-ın TASS-a istinadən xəbərinə görə, İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə belə bir bəyanatla çıxış edib.

"Bizim (İsrail hərbçilərinin - red.) İranda əlavə hədəflərimiz var. Biz hücumu plana uyğun olaraq inkişaf etdiririk və İslam Respublikası tərəfindən təhlükə aradan qaldırılana qədər uzunmüddətli əməliyyata hazırıq", - deyə o bildirib.