Şamxaninin sağ olduğu təsdiqləndi


Dünya 20 Haz 2025 12:58:00 90 0

Şamxaninin sağ olduğu təsdiqləndi

İranın dini liderinin müşaviri Əli Şamxani sağ olduğunu, lakin ağır yaralandığını açıqlayıb.

Son.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"O, İranın Ali Rəhbərinə mesaj göndərərək, sağ olduğunu və həyatını qurban verməyə hazır olduğunu söyləyib", - məlumatda vurğulanıb.

Hazırda müşavirin vəziyyətinin stabil olduğu bildirilir.