İran İsrailin Daxili İşlər Nazirliyini vurdu


Dünya 21 Haz 2025 09:36:00 74 0

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.

Son.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz teleqram kanalında məlumat verib.

"İsrail Daxili İşlər Nazirliyinin binasına hücum edilib", - deyə məlumatda bildirilir.

SEPAH-ın məlumatına görə, zərbə İsrailin Tehrandakı təhlükəsizlik obyektinə hücumuna cavab olaraq həyata keçirilib.