İran nüvə sazişindən çıxır müharibə dayanacaq?


Digərləri 16 Haz 2025 16:48:00 76 0

İran nüvə sazişindən çıxır  müharibə dayanacaq?

İran parlamenti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa səs verib

İran parlamenti Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsindən çıxmasına dair qərarı müzakirəyə çıxarıb və bu istiqamətdə səsvermə keçirilib.

Son.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, Nazirlik bu məsələni parlamentlə birgə koordinasiya edir:

"Biz parlamentlə daimi təmasdayıq. Təbii ki, parlamentin qəbul etdiyi qanunlar icra olunacaq. Hazırda bu istiqamətdə bir neçə qanun layihəsi parlamentdə müzakirə olunur və Xarici İşlər Nazirliyi də onlarla sıx əməkdaşlıq edir".