"Yüksək rütbəli hərbçiləri, alimləri öldürən..."
Dünya 16 Haz 2025 10:07:00 78 0
"İran xalqı müharibə başlatmayıb və bunu istəməyib, lakin indi İsrailin təcavüzünə qarşı vahid cəbhə ilə çıxış etməlidir".
Bu haberi de oku: Pakistan İranla sərhədləri bağladı
Son.az İran mətbuatına istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
O parlamentdə çıxışında son günlər dünya gündəmində olan müharibədən danışıb:
"Biz müharibəyə can atmırdıq və onu başlatmadıq. Ölkənin yüksək rütbəli hərbçilərini və alimlərini öldürən biz deyildik. İran təcavüzkar ölkə deyil. Biz bu gün hərzamankından daha çox birliyə və həmrəyliyə ehtiyac duyuruq. Bütün İran xalqı birləşməli və təcavüzə qarşı qətiyyətlə çıxış etməlidir. İran nüvə silahına sahib olmağa can atmır".
Hüseyn Son.az