İranlılar Tehranı tərk edir Köç başladı


Dünya 16 Haz 2025 13:07:00 69 0

İranlılar Tehranı tərk edir  Köç başladı

İsrail və İran arasında davam edən qarşılıqlı hücumlar nəticəsində İranın paytaxtı Tehrandan köç başlayıb.

Son.az xəbər verir ki, İsrailin "Tehran yanacaq" təhdidindən sonra paytaxtdan qaçan mülki insanlar kilometrlərlə avtomobil növbələri yaradıblar. İran hökuməti metro stansiyalarını və yeraltı dayanacaqları müvəqqəti sığınacaq kimi elan edib.

Hücumlar Tehranın ən gur əraziləri olan Təcriş meydanı, Şəriəti küçəsi, Vəliəsr meydanı və Qüds meydanı ətrafında cəmləşib. Bu ərazilər həm ticarət, həm də əhali baxımından şəhərin ən sıx olduğu yerlər kimi tanınır.

Xüsusilə Vəliəsr küçəsi Tehranın əsas nəqliyyat və alış-veriş arteriyalarından biri kimi seçilir.

Fidan Son.az