İsrail Ordusu: İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirildi


Dünya 16 Haz 2025 21:02:00 87 0

İsrail Ordusu: İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirildi

İsrail Ordusu Tehranda İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirdiyini açıqlayaraq, məlumatı İranın dövlət teleradio yayımçısının binasının fotosu ilə müşayiət edib.

Son.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

"Bu gün, bazar ertəsi, İsrailin Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin kəşfiyyat məlumatlarına əsasən, İran Silahlı Qüvvələrinin hərbi məqsədlər üçün istifadə etdiyi rabitə mərkəzini hədəfə alaraq dəqiq zərbə endirib", - məlumatda bildirilir.