Ukrayna ən zəngin müttəfiqini


Dünya 16 Haz 2025 09:28:00 62 0

Ukrayna ən zəngin müttəfiqini

ABŞ artıq Ukraynanı öz taleyinin ümidinə buraxmaq niyyətini təsdiqləyib, Avropa isə əməldə deyil, sözdə kömək edir.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Teleqraf" qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset Konqresdə keçirilən dinləmələrdə Tramp administrasiyasının Ukraynaya hərbi yardımı azaltmaq niyyətini təsdiqləyib:

"Rusiyaya qarşı mübarizə indi Avropanın problemidir. Genişmiqyaslı müharibə zamanı Ukrayna ABŞ-dan təxminən 74 milyard dollar hərbi yardım alıb, o cümlədən "Patriot" hava hücumundan müdafiə raket sistemi, ATACMS ballistik raketləri və HIMARS raket artilleriya sistemləri kimi qiymətli sistemlər... Kiyev üçün acı nəticə ondan ibarətdir ki, onun ən güclü və ən zəngin müttəfiqi ondan əl çəkib. Lakin Avropa liderləri dəfələrlə söz verib ki, döyüşmək üçün lazım olanı Ukraynaya verəcək. Təəssüf ki, praktikada Avropa yerinə yetirməkdən daha çox vədlər verir".