ABŞ səfirliyi vətəndaşlarına İranı Azərbaycan vasitəsilə tərk etməyi tövsiyə edib
Dünya 15 Haz 2025 23:10:00 85 0
ABŞ-ın İrandakı virtual səfirliyi amerikalı vətəndaşlara İranı tərk etməklə bağlı çağırış edib.
Bu haberi de oku: Peruda güclü zəlzələ oldu
Son.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi veb-saytında bildiriş yerləşdirilib.
"ABŞ vətəndaşları heç bir halda İrana səfər etməməli və hazırda orada olanlar ölkəni dərhal tərk etməlidirlər. İranı tərk etmək imkanına malik olmayan şəxslər isə uzun müddətlik sığınacaq şəraitində qalmağa hazır olmalıdırlar", - deyə məlumatda qeyd olunub.
Bildirişdə xatırladılıb ki, ABŞ-ın İranla diplomatik və konsulluq əlaqələri mövcud deyil və Vaşinqtonun maraqlarını bu ölkədə İsveçrə təmsil edir.
Səfirlik amerikalı vətəndaşlara İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədlərindən keçməklə tərk etməyi tövsiyə edir.
"Azərbaycanın quru sərhədləri əsasən bağlı qalsa da, 15 iyun tarixində ABŞ vətəndaşlarının xüsusi icazə əsasında Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil olması mümkündür", - deyə virtual nümayəndəlik qeyd edib.