Səni incidir, amma ayrıla bilmirsən? – Psixoloq səbəbini izah edir


Digərləri 15 Haz 2025 14:14:00 83 0

Səni incidir, amma ayrıla bilmirsən? – Psixoloq səbəbini izah edir

"Bəzi insanlar toksik münasibətlər yaşayırlar. Bunların müxtəlif səbəbləri olur". 

Son.az xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, böyüdüyümüz mühit və yaşadığımız yaşayış tərzinin münasibətlərimizə birbaşa təsiri var:

"Münasibətlərdə həm bir, həm də iki tərəfin toksik olması mümkündür. Bir insan daima toksik insanlarla rastlaşaraq ömrünü keçirə bilər. Sözsüz ki, bunun da ən böyük səbəblərindən biri duyğularımızın fərqinə varmamağımızdır. 

Əslində, toksik münasibət yaşayan insanın uşaqlıqda yaşadığı sevgi-dəyər anlayışı buna ciddi şəkildə təsir göstərir. Çünki bəzən belə insanlar uşaqlıqdan etibarən toksik sevgi anlayışı görürlər".

375588

Ekspert bununla bağlı nümunə də verib:

"Məsələn, toksik münasibət görən insanların əksəriyyəti uşaq vaxtı qarşısındakına sevgi, dəyər göstərdiyi zaman valideynləri onun qarşınısı sərt şəkildə almış şəxslər olurlar. Bəzən uşaqlıqda buna görə tənqid və ya alçaldılma gördükləri üçün sevgi anlayışı incidilməkdən, acıdan ibarət olur. 

Həmçinin, sevgisizlik və soyuq rəftarla böyüyən insan da gələcəkdə toksik münasibətlər qurur. Yəni uşaqlıqda böyüdüyümüz mühit gəcələk həyatımızı dizayn edir. Ona görə də uşaqlarımızı sevgi verərək böyütmək lazımdır". 

Psixoloqun sözlərinə görə, bütün problemlərimiz yaşadığımız mühitdən qaynaqlanır: