İçi sərnişinlə dolu mikroavtobus aşdı xəsarət alanlar var
Digərləri 15 Haz 2025 18:23:00 161 0
Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.
Bu haberi de oku: Azərbaycanda məşhur qida şirkəti ləğv olunur FOTO
Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisədə 3-ü qadın biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.