Yüksək təzyiq zamanı nə yemək faydalıdır? Dietoloqlardan məsləhət


Digərləri 15 Haz 2025 18:16:00 90 0

Yüksək təzyiq zamanı nə yemək faydalıdır?  Dietoloqlardan məsləhət

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qidalanma çox mühüm rol oynayır. Dietoloqlar və kardioloqlar bildirirlər ki, qara qarağat (çox vaxt çaytikanı ilə qarışdırılsa da, burada söhbət çoxsaylı antioksidantlarla zəngin olan yabanı qara qarağatdan gedir) yüksək təzyiqi tənzimləməkdə ən faydalı giləmeyvədir.

Son.az xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, qara qarağat ürək-damar sisteminin işini dəstəkləyir və qan dövranını yaxşılaşdırır. Kardioloq Çen-Xan Çenin sözlərinə görə, bu giləmeyvə antosianninlər adlanan və güclü iltihabəleyhinə təsiri olan antioksidantlarla zəngindir. Bu maddələr damar divarlarında yerləşən endotel hüceyrələrinin funksiyasını yaxşılaşdırır, damarların genişlənməsini və qan təzyiqinin azalmasını təmin edir.

Tədqiqatlar nəyi göstərir?

2019-cu ildə "The Journals of Gerontology" jurnalında dərc edilən araşdırmaya əsasən, qara qarağatın gündəlik qəbulu sistolik təzyiqi (yuxarı göstərici) orta hesabla 5 mm civə sütunu qədər azalda bilər. Bu göstərici ürək-damar xəstəliklərinin riskini qiymətləndirmək üçün əsas kriteriyalardan biridir.

Dietoloq Sofi Lover isə qeyd edir ki, antosianninlər azot oksidinin ifrazını stimullaşdırır, bu da qan axınını yaxşılaşdırır. Qara qarağat həmçinin damar sərtliyini azaldır, bu da yüksək təzyiqlə birgə ürək xəstəlikləri riskini artıran faktorlardan biridir.

Bundan əlavə, qara qarağat liflə zəngindir və yüksək lifli qidalanma təzyiqin tənzimlənməsinə müsbət təsir edir.

Kimlər üçün faydalıdır və necə qəbul edilməlidir?

"Wild Blueberry Association of North America" təşkilatının nümayəndəsi Kit Broer bildirir ki, qara qarağat həm sağlam yaşlı insanlar, həm də menopauzadan sonrakı dövrdə olan qadınlar üçün faydalıdır. Qara qarağat həm təzə, həm də toz (liofilizə olunmuş) formada istifadə edildikdə eyni müsbət təsiri göstərir.

Antosianninlər yalnız təzyiqi deyil, həmçinin iltihabı azaldır, stresi zəiflədir, qocalmanı ləngidir, yaddaşı dəstəkləyir, həmçinin orqanizmi C və K vitaminləri ilə təmin edir.