Novruz Aslan ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə "Ballada" adlı kompozisiya həsr edib VİDEO


Digərləri 15 Haz 2025 13:37:00 80 0

Novruz Aslan ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə "Ballada" adlı kompozisiya həsr edib  VİDEO

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bəstəkar Novruz Aslan ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə "Ballada" adlı kompozisiya həsr edib.

Son.az xəbər verir ki, bu barədə Day.Az məlumat yayıb.

15 iyun tarixində Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu tarix ölkənin dərin böhrandan xilas edildiyi gün kimi tarixə düşdü. Bu gün Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu və Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü elan edildi. "15 iyun" tarixi böyük lider Heydər Əliyevin xilasedici missiyasının və Azərbaycan xalqının onun ətrafında birləşməsinin rəmzidir.

Azərbaycan xalqı böyük lider Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutacaq və onun siyasi irsini gələcək nəsillərə ötürməyə davam edəcək.

Novruz Aslanın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Ballada" kompozisiyasını təqdim edirik:


Habere ait video