"Mədətovların kim olduğunu ona başa salarlar"


Şou-biznes 12 Haz 2025 11:53:00 105 0

"Mədətovların kim olduğunu ona başa salarlar"

Məşhur prodüser Anar Mədətov qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Son.az xəbər verir ki, o, veteran futbolçu Ceyhun Sultanova ünvanlı mesaj göndərib.

Mədətovun onun oğlu Mahir Əmrəli barədə xoşagəlməz sözlərə reaksiyası isə belə olub:

"Bu yaxınlarda mənə link göndərdilər. Ceyhun Sultanov adında futbolçudur. Görürəm ki, mənim oğlum barədə ağzına gələni danışır. "O, yüksək təbəqədə futbolçusu ola bilməz" deyir. Ofisdə uşaqlar ondan informasiya yığdılar.

Sən, "Neftçi"də, "Bakı"da oynamısan. İndi gəlmisən, bizim kökümüz olan "Araz Naxçıvan"da İdman direktoru olmusan. "Naxçıvan qovurması" yeyəndən sonra başa salaram ki, Mədətovlar kimlərdir, bilər".

Musa Son.az