Azərbaycanda ən yüksək və ən aşağı maaş olan


Digərləri 09 Haz 2025 18:39:00 89 0

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan

Azərbaycanın rayon və şəhərləri üzrə 2025-ci il aprel ayının 1-nə olan orta aylıq nominal əmək haqqı üzrə göstəriciləri məlum olub.

Son.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda ən yüksək əməkhaqqı Xankəndi şəhərindədir.

Bu şəhərdə orta aylıq nominal əməkhaqqı 1 485,6 manat təşkil edir.

Ölkə üzrə ən aşağı əməkhaqqı isə Qax rayonundadır. Belə ki, bu rayonun sakinlərinin orta aylıq nominal əməkhaqqı 570,3 manatdır.