Əməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı


Digərləri 09 Haz 2025 19:32:00 79 0

Əməliyyatla elə dəyişdi ki, aeroport sistemi də tanımadı

Estetik əməliyyatlarla xarici görünüşündə böyük dəyişiklik edən məşhur türk modelyer Gülşah Saraçoğlu, xarici səfəri zamanı hava limanında maraqlı bir hadisə ilə üzləşib.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pasportundakı şəkil üz cizgiləri ilə uyğun gəlmədiyi üçün polis onun barmaq izini alaraq şəxsiyyətini təsdiqləyib. Saraçoğlu yaşadığı bu anları sosial media hesabında paylaşaraq izah edib:

"Şəkil uyğun gəlmədiyi üçün məni barmaq izi verməyə göndərdilər," - deyə bildirib.

Moda dünyasının tanınmış simalarından biri olan Gülşah Saraçoğlu, keçirdiyi radikal estetik əməliyyatlarla yenidən gündəmə gəlib. Daha əvvəl "Təbii olan heç nəyi sevmirəm" açıqlaması ilə diqqət çəkən Saraçoğlu, son olaraq 9 saat davam edən əməliyyat nəticəsində tamamilə fərqli bir görünüşə sahib olub. Yeni görüntüsünü sosial mediada paylaşaraq böyük maraq doğurub.