"Yarışmadan sonra bizə küçədə sataşırdılar"
Şou-biznes 09 Haz 2025 17:09:00 82 0
Avroviziya təmsilçilərimiz Tural və Turan qardaşları yarışmadan sonra onlara olunan psixoloji təzyiqdən danışıblar.
Bu haberi de oku: Beyons səhnədə BİABIR OLDU: şalvarı əynindən düşdü
Son.az xəbər verir ki, müğənnilər qarşılaşdığı reaksiyaları belə dilə gətiriblər.
"Bəzi insanlarda səmimiyyət itir. Qazandığım təcrübələrdən danışıram. Yarışmadan sonra iki ay gündəmdə olursan. Bu, bir il ərzində müəyyən mənada davam edir. Ancaq qayıdandan sonra görürsən ki, hər şey gözlədiyin kimi deyil, üst-üstə düşmür. Belə şeylər bizi depressiyaya apardı. Sonradan reallıqları görərək və çalışaraq özümüzə gəldik.
Oradakı geyimlərimizdən sonra şəhərdə gəzəndə kənardan nəsə deyirdilər, sataşırdılar. İstər-istəməz şüuraltı təsir edir adama. Bizdə mühakimə və nifrət dəhşət çoxdur".
Musa Son.az