“Dəhşətli bir iş idi, utandım”


Şou-biznes 09 Haz 2025 14:14:00 88 0

“Dəhşətli bir iş idi, utandım”

Türkiyəli aktrisa Burcu Kara aparıcı Balçiçek İlterin təqdimatında yayımlanan "Bayram söhbətləri" verilişində qonaq olub.

Son.az xəbər verir ki, "Haziran Gecesi", "Elveda Derken", "Romantik Komedi", "Kırmızı Oda", "Hakim", "Uçuş 811", "Aşk Sadece Bir An", "Arka Sokaklar" və "Maskeli Balo" kimi məşhur layihələrdə rol alan Burcu Kara illər əvvəl baş rolda oynadığı bir serialla bağlı etirafı ilə gündəm yaradıb.

Kara verilişdə deyib:

"Möhtəşəm bir prodüser, illərin rejissoru, inanılmaz aktyor heyəti... Amma birinci bölümü izləyəndə dedim: "Allahım, nə olar, bu serialı heç kim izləməsin". Həqiqətən də heç kim baxmadı. O serialda oynadığıma görə utandım. Bu, dəhşətli bir iş idi. Səhvləri, yanlışları açıq-aşkar görürdüm".

Məlumata görə, Burcu Kara bu sözləri ilə 2009-cu ildə "Star TV"də yayımlanan və cəmi 4 seriyadan sonra final edən "Maskeli Balo" serialını nəzərdə tutub. Aktrisa həmin serialda Zeynəb obrazını canlandırmışdı. /Musavat.com