Tanınmış aktyor aeroportda saxlanıldı FOTO
Şou-biznes 09 Haz 2025 09:55:00 78 0
Məşhur aktyor Benisio Del Toro Boston hava limanında saxlanılıb.
Bu haberi de oku: Bədənşəkilləndirmə etdirən Günel geyimi ilə DİQQƏT ÇƏKDİ VİDEO
Son.az xəbər verir ki, bu hadisədən aktyor "The Tonight Show with Seth Meyers" verilişində danışıb.
Del Toronun başına gələnlərə səbəb onun yazdığı "Finikiya sxemi" adlı casus komediyasının ssenarisi olub.
"O gün Bostondan Los-Ancelesə uçurdum. Notbukumu əl yükündən çıxarmağı unutmuşdum. Təhlükəsizlik xidməti çantamı yoxlamaq qərarına gəldi və içərisində ssenarinin bir nüsxəsini tapdılar. Mətni oxumaq rahat olsun deyə bütün başlıqları BÖYÜK HƏRFLƏRLƏ yazmışdım. Bu isə diqqət çəkdi - Birinci səhnə: Təyyarə kabini. Bomba. İkinci: Göyərtə. Pilot atılır. Üçüncü: Qəza", - deyə Oskar laureatı xatırlayıb.
Aktyor dərhal bunun sadəcə film üçün yazılmış bir ssenari olduğunu izah etməyə çalışıb.