Oğlunu çılpaq görən Şvartsenegger şokda: "Bu, ağılsızlıqdır"


Şou-biznes 08 Haz 2025 15:21:00 96 0

Oğlunu çılpaq görən Şvartsenegger şokda: "Bu, ağılsızlıqdır"

Arnold Şvartsenegger oğlu Patrikin iştirakı ilə "Ağ lotus" serialının üçüncü mövsümündəki çılpaq səhnələri görərək şoka düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyor oğlu ilə birgə "Variety"yə müsahibəsində danışıb.

"İnana bilmədim. Seriala baxıram və birdən ekranda onu çılpaq görürəm! Bu, ağılsızlıqdır. Sonra "Konan" və "Terminator"da eyni vəziyyətə necə düşdüyümü xatırladım. Onun mənim izimlə getməsi heyrətamizdir", - Arni bildirib.

Kino ulduzu oğlunu tərifləməyi də unutmayıb.