Məşhur türkiyəli aktyorun inanılmaz sərvəti...


Şou-biznes 08 Haz 2025 23:04:00 85 0

Məşhur türkiyəli aktyorun inanılmaz sərvəti...

Aktyorluqla yanaşı daşınmaz əmlak yatırımları ilə də gündəmə gələn məşhur türkiyəli aktyor Burak Özçivit, əmlak sərvətini artırmaqda davam edir. Son olaraq Bodrumun Gümüşlük bölgəsindəki torpaq sahəsində həyata keçirdiyi layihə ilə 3 yeni villa sahibi olan aktyorun ümumi sərvəti dodaq uçuqladıb.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2019-cu ildən bu yana ATV telekanalında yayımlanan "Kuruluş Osman" serialında "Osman bəy" obrazını canlandıran Burak Özçivit, həm Türkiyədə, həm də xaricdə, xüsusilə də Ərəb dünyasında geniş bir pərəstişkar kütləsinə malikdir.

Aktrisa Fahriyə Evcenlə evli olan və aktyorluq sahəsində uğurla yoluna davam edən Burak Özçivit, son illərdə qazancını əsasən daşınmaz əmlaka yatırıb. "Gazete Magazin" jurnalistlərindən Umut Ünverin verdiyi məlumata əsasən, Burak Özçivitin sərvəti artıq 1 milyard Türk lirəsini keçib.