Ölüm ayağında olan məşhurun xəstəxanadan FOTOsu yayıldı
Şou-biznes 08 Haz 2025 12:51:00 90 0
Dünən vəziyyəti pisləşən fenomen Nihal Candan xəstəxanaya yerləşdirilib.
Bu haberi de oku: "Mən Xoşqədəmin birinci versiyasıyam" VİDEO
Son.az xəbər verir ki, fenomenin bacısı Bahar Candan onun son durumu ilə bağlı bunları deyib:
"Bacımın orqanları fəaliyyətini dayandırıb. Müalicəni qəbul etmir. Ölmək istəyir".
Modelyer-dizayner Pınar Kerimoğlu isə Nihal Candanın xəstəxana otağından fotosunu paylaşaraq onun son vəziyyəti haqqında məlumat verib. Kerimoğlu bildirib ki, gənc fenomenin çəkisi 29 kiloqrama düşüb.
Bir müddət əvvəl dələduz şəbəkəyə üzv olmaq iddiası ilə həbs olunan və həbsxanada nevrotik anoreksiya xəstəliyinə tutulduğu üçün 37 kiloqrama qədər arıqlayan fenomen Nihal Candan səhhətindəki problemlərə görə şərti azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra bir müddət özünü toparlayan Candanın xəstəliyi son günlərdə yenidən şiddətlənib. /Musavat.com