25 ilə insanlar 1000 il


Digərləri 08 Haz 2025 04:04:00 80 0

25 ilə insanlar 1000 il

Texnologiya və biotibbi sahədə çalışan ekspertlərin fikrincə, bəşəriyyət gen mühəndisliyi, robot texnologiyaları və süni intellekt sahəsindəki irəliləyişlər sayəsində uzunömürlülükdə yeni bir mərhələyə qədəm qoymaq üzrədir. Dünyanın aparıcı futuristləri və tədqiqatçıları artıq bunun baş verəcəyi tarixlərə dair proqnozlar veriblər.

Son.az  xəbər verir ki, proqnoz verənlər arasında Böyük Britaniyadan futurist doktor Yan Pirson, Quql şirkətinin keçmiş mühəndisi Rey Kurtsveyl və biotibbi mütəxəssis Obri de Qrey də yer alır. Onların hər biri minillik həyat yolunu fərqli görsə də, hamısı bu gələcəyin uzaqda olmadığını düşünür.

Pirson əmindir ki, 2050-ci ilə qədər ən zəngin insanlar gen mühəndisliyi, robototexnika və şüurun rəqəmsal köçürülməsi sayəsində 1000 il yaşamaq imkanına sahib olacaqlar. Onun fikrincə, insan şüurunu ya android bədəninə, ya da virtual reallığa köçürmək mümkün olacaq. Əvvəlcə bu texnologiyalar yalnız elita üçün əlçatan olacaq, lakin 2060-cı illərdə orta təbəqə də onlardan istifadə edə biləcək.

O əlavə edib ki, gələcəyin tibbi hüceyrə səviyyəsində qocalmanı dayandırmağa və hətta onu geri çevirməyə, həmçinin xərçəng və ürək-damar xəstəlikləri kimi patologiyaları hələ yaranmadan əvvəl müalicə etməyə imkan verəcək.

Texnologiyalar sahəsində verdiyi dəqiq proqnozlarla tanınan Rey Kurtsveyl isə hesab edir ki, 2029-cu ilə qədər süni intellekt insan beyni ilə eyni səviyyəyə çatacaq. Bu, onun "singulyarlıq" adlandırdığı dövrün başlanğıcı olacaq. 2045-ci ilə qədər isə insanla maşın tam şəkildə birləşəcək və bu, ölümsüzlüyə yol açacaq.


Habere ait fotoğraflar