"Bu məni maraqlandırmır" QMİ sədri


Digərləri 06 Haz 2025 09:56:00 63 0

"Bu məni maraqlandırmır"  QMİ sədri

Ermənilərin İrəvan Qazılığının bərpası ilə bağlı münasibəti bizi maraqlandırmır.

Trend xəbər verir ki, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ermənilərin İrəvan Qazılığı ilə bağlı dedikləri məni maraqlandırmır.

"Biz onu yaratmamışıq, bərpa etmişik. İrəvanda aparılan siyasətin nəticəsində azərbaycanlılar deportasiyaya məruz qaldıqdan sonra Qazılığın fəaliyyəti dayandırılmışdı. Biz məsləhətləşmələrdən sonra, azərbaycanlıların öz torpaqlarına qayıdacaqlarına inanaraq, mənəvi dayaq üçün Qazılığı bərpa etdik", - deyə o qeyd edib.