Nəzarət GÜCLƏNDİRİLDİ 3 min polis gizli sərnişin kimi avtobuslarda olacaq


Digərləri 05 Haz 2025 10:40:00 91 0

Nəzarət GÜCLƏNDİRİLDİ  3 min polis gizli sərnişin kimi avtobuslarda olacaq

Qurban bayramı tətilində şəhərlərarası avtobuslarda 3 min polis gizli sərnişin kimi xidmət edəcək.

Bu haberi de oku: 300 bal toplayan 9cuların

Son.az xəbər verir ki, bu tədbir Türkiyənin Daxili İşlər Nazirliyinin bayram günlərində yol hərəkətinə nəzarəti gücləndirmək məqsədilə həyata keçiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Zafər Aydın bildirib ki, bu polis əməkdaşları sərnişin kimi avtobuslara minərək sürücülərin qayda pozuntularını müşahidə edəcək. Qaydaların pozulması halında sürücü ilə yanaşı onu yoxlamalı olan digər nəzarətçilərə qarşı da tədbir görüləcək. Bayram müddətində 17 min 645 yol polisi, 1485 sürətölçən cihaz, 62 avtomatik müşahidə sistemi, 37 rayonda helikopter, 81 rayonda isə pilotsuz uçuş aparatları ilə müşahidə aparılacaq. Bu il ilk dəfə olaraq avtobus terminallarında da yoxlamalar keçiriləcək.